Səhiyyə
10:58 / 22.06.2022
64

Uşaqlıqdan çörəklə mürəbbə yeyənlərdə diabet yaranır

Uşaqlıqdan çörəklə mürəbbə yeyənlərdə diabet yaranır


Ağ çörəyin üzərinə müxtəlif cem, mürəbbə çəkib yeyənlərdə diabet xəstəliyi yarana bilər.

Bakupost.az xəbər verir ki, bu barədə həkim nutrisioloq Yevgeniy Arzamasçev bildirib.
"Daha çox MDB dövlətlərində sovet illərindən uşaqlara çörəyə yağ, cem çəkib vermək evdə, bağçada, məktəbdə vərdiş olunub.
Bu qida piylənmə və diabetin əsasını qoya bilər.

Ağ çörək üstəlik şirniyyatla orqanizm üçün gec partlayan bomba misalıdır.

Biz 2 sadə karbohidratı birləşdirib qəbul etdikdə, çox tez həzm olunur, insanda hipodinamiya nəticəsində artıq çəki toplanır. Əgər karbohidrat mübadiləsi pozulsa, gələcəkdə hətta adi çörək belə bu insanda diabetə səbəb olacaq".

Uşaqlara çörəyə cem, mürəbbə çəkib yeməyi aşılamayın. Bu ikili demək olar ki, boş kaloridən başqa bir şey deyil.