İqtisadiyyat / Cəmiyyət
18:46 / 18.06.2022
46

Nazir: "Kənd təsərrüfatı ilə bağlı təcrübəmizi digər ölkələrlə bölüşə bilərik"

Nazir: "Kənd təsərrüfatı ilə bağlı təcrübəmizi digər ölkələrlə bölüşə bilərik"


"Azərbaycan artıq kənd təsərrüfatında rəqəmsal transformasiyanın qurulmasında model rolunu oynayır. Biz bu təcrübəni digər ölkələrlə də bölüşə bilərik".

"Report"un xəbərinə görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sektorunun dəyişməsi" mövzusunda paneldə deyib.

Onun sözlərinə görə, su təsərrüfatının idarə edilməsi ilə bağlı hər bir ölkənin qarşısında problemlər var.