İdman
10:54 / 22.06.2022
38

"Neftçi"nin yeni baş məşqçisi bəlli olub

"Neftçi"nin yeni baş məşqçisi bəlli olub


"Neftçi"nin yeni baş məşqçisi müəyyənləşib.

Komandanı rumıniyalı Laurensiu Regekamf çalışdıracaq. 46 yaşlı mütəxəssisin təqdimatı klub televiziyası vasitəsilə olub.

Regekampf "Neftçi" ilə 2 illik müqaviləyə imza atb.

Qeyd edək ki, Laurentsiu Regekamfın ölkəsində "Snaqov", "Qloriya" (Bıstritsa), "Konkordiya", "Styaua" kimi komandalara rəhbərlik edib. Rumıniyalı mütəxəssis Bolqarıstanın "Liteks", Səudiyyə Ərəbistanının "Əl-Hilal" və "Əl-Əhli", Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vahda" və "Əl-Vasl" klublarında da baş məşqçilik edib. Onun sonuncu iş yeri "Universitatya" (Krayova) olub.