Hadisə / Dünya
20:40 / 30.05.2022
41

Yer kürəsi möhtəşəm mənzərəyə şahid olacaq

Mayın 31-də Yer kürəsi sakinlərini intensiv meteor yağışı gözləyir.

Bu barədə astronom Aleksandr Yakuşeçkin məlumat verib.

"Mayın 31-i səhər saatlarında Yer üzünü gözəl mənzərə - meteor yağışı gözləyir. Meteoritlərin sayı saatda on minə çata bilər. Artan meteor aktivliyinin müddəti təxminən iki saat olacaq, onun maksimumu, hesablamalara görə, Moskva vaxtı ilə 6:30-a (Bakı vaxtı ilə saat 07:30-a) təsadüf edəcək.

Mütəxəssis qeyd edib ki, meteor axını ən yaxşı Yerin qərb yarımkürəsində - Şimali Amerikada müşahidə olunacaq.