Hadisə / Səhiyyə
09:57 / 19.06.2022
67

Hacıqabulda kütləvi zəhərlənmə olub

Hacıqabulda kütləvi zəhərlənmə olub


Hacıqabulda toyda kütləvi zəhərlənmə olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərində fərdi yaşayış evlərindən birində qurulan çadırda keçirilən toy mərasimində baş verib.

Hazırda toyda iştirak edən 10-dan çox rayon sakini Şirvan və Hacıqabul rayonlarında yerləşən xəstəxanalatra aparılıb.

Faktla bağlı araşdırma aparılır.