Gündəm
11:33 / 23.06.2022
120

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında əlaqələri daha da möhkəmlədib

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında əlaqələri daha da möhkəmlədib


XX əsrin sonunda ikinci dəfə müstəqillik qazanan Azərbaycan az bir müddət ərzində dünyaya inteqrasiya etməyə və bir çox dünya dövlətləri ilə dostluq münasibətləri quraraq strateşi tərəfdaş kimi əməkdaşlıq etməyə nail ola bildi. Azərbaycan eyni zamanda türk dövlətləri ilə, o cümlədən Özbəkistanla əməkdaşlığa da ciddi önəm verirdi. Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlər 2 oktyabr 1995-ci ildə yaradıldı və 1996-cı ilin avqust ayında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında səfirliyi, 1998-ci ilin iyul ayında isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirliyi fəaliyyətə başladı.Keçən müddət ərzində hər iki dövlət arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında bir çox birgə bəyanatlar və müqavilələr imzalandı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pandemiyadan sonra ilk rəsmi səfərini Özbəkistana etməsi heçdə təsadüfi deyil. Hər iki türk dövlətinin xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin kökü minilliklərə dayanır. Bu səfər Azərbaycan-Özbəkistan əlaqələrini tamamilə yeni və strateji tərəfəfdaşlıq mərhələsinə yüksəltməklə yanaşı, eyni zamanda türk dünyasının inteqrasiyası və güclənməsi üçün də real imkanlar yaradır. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı hər iki dövlət başçısının səsləndirdiyi fikirləri, ölkələrimiz arasında imzalanan sənədləri dostluq və qardaşlığımızın sarsılmazlığını bariz nümunəsi kimi qəbul etmək olar.
Prezident İlham Əliyevin Özbəkistana bu səfəri böyük tarixi əhəmiyyət kəsb edir. Daşkəndin mərkəzində bütün həyatını Azərbaycana xidmətə həsr edən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının Ümummilli Liderinə hörmətin, həm də xalqlarımızın qardaşlığına və dostluğunaverilən böyük qiymətin təzahürüdür.
Özbəkistan qardaş ölkə olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası işində hər zaman Azərbaycanı dəstəkləyib. Postmüharibə dövründə də Özbəkistan ölkəmizə böyük dəstəyini nümayiş etdirib və işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-bərpa işlərinə oz töhfələrini verməkdə davam edir. Hər iki dövlət başçısının siyasi iradələri və döstluq münasibətləri xalqlarımız və dövlətlərimiz arasında da dostluq, tərəfdaşlıq və qardaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə əminlik yaradır.

Könül Əfəndiyeva – YAP üzvü