Gündəm
21:52 / 22.06.2022
91

Dövlət Gömrük Komitəsinin bir sıra vəzifəli şəxslərinin həbsindən sonra bu qurumun rəhbəri Səfər Mehdiyev bu gün Prezident Administrasiyasına çağırılıb.



Dövlət Gömrük Komitəsinin bir sıra vəzifəli şəxslərinin həbsindən sonra bu qurumun rəhbəri Səfər Mehdiyev bu gün Prezident Administrasiyasına çağırılıb. Məlumata görə, S.Mehdiyevin Administrasiyada qəbulu 2 saatdan artıq çəkib.

Qeyd edək ki, Gömrük Komitəsi büdcə öhdəliklərini yerinə yetirən qurum olsa da, fəaliyyətində ciddi ictimai narazılıqlar çoxluq təşkil edir. Ötən 2 il ərzində gömrük orqanlarında bir neçə anti-korrupsiya əməliyyatları keçirilib.