Gündəm / İdman
23:06 / 14.06.2022
47

Prezident Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayırdı - SƏRƏNCAM

Prezident Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayırdı - SƏRƏNCAM


Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncamla Azərbaycan milli yığma komandasının 2022-ci il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayrılıb.