Gündəm
16:34 / 13.06.2022
37

SOCAR Tayvana ilk dəfə karbondan təmizlənmiş xam neft göndərib

SOCAR Tayvana ilk dəfə karbondan təmizlənmiş xam neft göndərib


"CPC Corp" neft emalı şirkəti bazar günü Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan "SOCAR Trading"dən ölkənin ilk karbon dioksitdən təmizlənmiş xam neft yükünü qəbul edib.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə CPC neft emalı şirkəti açıqlama yayıb.

Məlumata görə, təxminən 1,05 milyon barel həcmində "Azeri Light" markal Azərbaycan nefti Tayvana çatdırılıb.

Bildirilir ki, istixana qazı emissiyaları "Verified Carbon Standard" (VCS) tərəfindən sertifikatlaşdırılmış karbon kvotaları (kreditləri) ilə kompensasiya edilib. İstixana qazları tullantıları "Deloitte" və "Siglar Carbon" şirkəıtlərinin dəstəyi ilə hesab lanıb.

Məlumata görə, "SOCAR Trading" VCS-nin qeydiyyatdan keçmiş karbon tullantılarının tədarükü və ləğvini təşkil edib və strukturlaşdırıb. Ancaq şirkət təzminatın dəyərini açıqlamayıb.

CPC şirkəti əlavə edib ki, kreditlər altı ildən az əvvəl verilib. Belə ki, bu kreditlərin əksəriyyəti əlavə İqlim, İcma və Biomüxtəliflik (CCB) akkreditasiyasına malik təbiətlə bağlı layihələrdən əldə edilib.

Qeyd edək ki, CPC şirkəti Tayvanda Taoyuan və Dalin şəhərlərində birləşmiş gündəlik emal gücü 600 min barel olan iki neftayırma zavodunu idarə edir.