Gündəm / Foto / Mədəniyyət
19:33 / 10.06.2022
45

Bərdə rayon MKS - nin 2 nömrəli şəhər kitabxana filialı Azərbaycanın görkəmli musiqişünası Firidun Məhəmməd oğlu Şuşinskinin həyat və yaradıcılığına həsr olunmuş "Görkəmli musiqi tədqiqatçısı"adlı tədbir keçirib

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon MKS - nin 2 nömrəli şəhər kitabxana filialı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2022- ci ilin "Şuşa ili" elan edilməsi ilə əlaqədar olaraq, Azərbaycanın görkəmli musiqişünası Firidun Məhəmməd oğlu Şuşinskinin həyat və yaradıcılığına həsr olunmuş "Görkəmli musiqi tədqiqatçısı"adlı tədbir keçirib.
Əvvəlcə F.Şuşinskinin Bərdədə olan məzarı ziyarət olunub.
Daha sonra tədbirdə Qarabağın adət-ənənələrini əks etdirən sərgiyə baxış keçirilib.
Tədbirdə çıxış edən Bərdə Regional İdarəsini rəisi Vəsilə Möhsümova Şuşa şəhərinin zəngin mədəni irsindən və Firidun Şuşinskinin yüksək tədqiqatçılıq fəaliyyətindən bəhs edib.
Tədbirə dəvət olunan Firidun Şuşinskinin oğlu Məhəmməd Həsənov atası haqqında xatirələrini bölüşüb.
Məhəmməd Həsənov kitabxanaya Firidun Şuşinskinin kitablarını təqdim edib və xatirə şəkli çəkdirilib.