Dünya / İdman
16:10 / 28.05.2022
48

Azərbaycanlı daha bir boksçu İrəvanda erməniyə qalib gəlib

Azərbaycan əsilli daha bir boksçu İrəvanda keçirilən Avropa çempionatında erməniyə qalib gəlib.

"Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində Gürcüstanı təmsil edən Sahil Allahverdov Bareqam Harutyunyana tam üstünlüklə qalib gəlib - 5:0.

Qeyd edək ki, mayın 25-də Ukraynanı təmsil edən Azərbaycan əsilli boksçu Elmir Nəbiyev də 54 kq çəki dərəcəsində Canik Sahakyanı 3:2 hesabı ilə məğlub edib.