Cəmiyyət
14:25 / 1.06.2022
47

Sərnişinlərin DİQQƏTİNƏ: Bakıda bir marşrut üzrə gediş haqqı AZALDILDI

132 nömrəli müntəzəm marşrut üzrə gediş haqqı azaldılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, "Əhmədli" m/s - Hövsan qəsəbəsi üzrə hərəkət edən avtobuslarda gediş haqqı sabahdan etibarən "BakıKart" vasitəsilə ödəniləcək.

Əlavə olaraq məlumatda qeyd edilib ki, 132 nömrəli müntəzəm marşrut üzrə gediş haqqı 0.35 AZN müəyyən edilib. Əvvəl bu qiymət 0.40 AZN idi.