Təhsil
18:42 / 18.06.2022
6

Bu abituriyentlər niyə SIFIR bal toplayır? – Deputat səbəblərini AÇIQLADI

Bu abituriyentlər niyə SIFIR bal toplayır? – Deputat səbəblərini AÇIQLADI


Qəbul imtahanlarında ayrı-ayrı fənlərdən sıfır bal toplayanların sayı 300-dən çoxdur. Bir məktəbdə isə heç bir məzunun universitetə qəbul olmadığına dair iddialar var.

Bu sözləri "Xəbər Ertəsi"nə açıqlamasında təhsil üzrə mütəxəssis Elşən Qafarov bildirib. Ekspert belə bir nəticəni müəllim çatışmazlığı ilə əlaqələndirir.

İmtahanlarda bəzi abituriyentlərin mininum nəticə göstərmələri cəmiyyətdə də müzakirə mövzusudur. Kimisi günahı valideynlərdə, kimisi müəllimlərdə, kimisi isə elə uşaqların özündə görür.

Millət vəkili Musa Qasımlının fikrincə isə problemin səbəblərindən biri, xüsusilə regionlarda məktəb direktorlarının düzgün seçilməməsidir.

Bakıdakı "152 saylı tam orta məktəbin məzunlarından heç birinin tələbə adı qazanmadığı" ilə bağlı yayılan xəbərə də aydınlıq gətirmək istədik və həmintəhsil müəssisəsinə üz tutduq. Məktəbin direktoru Şayev Zəkay yayılan informasiyanın həqiqətə uyğun olmadığını, builki qəbul imtahanlarının 1-ci mərhələsindətəhsil müəssisəsinin 5 məzunundan 2-nin 100-dən, birinin isə 200 dən çox bal topladığını bildirdi. Ötən il isə məktəbi bitirən 6 məzundan 2-si Ali məktəbə qəbul olub. Qeyd edək ki, 152 saylı tam orta məktəbdə ümumilikdə 102 şagird təhsil alır.