Şou
15:55 / 28.05.2022
22

"Anama görə Hindistana gedə bilmədim"

Əməkdar artist Çingiz Əhmədov illər əvvəl Hindistandan aldığı təklifi açıqlayıb.

Axşam.az xəbər verir ki, aktyor "Səhər mərkəzi" proqramında anasına görə hindlilərin böyük təklifindən imtina etməli olduğunu söyləyib:

"Məni Hindistana aparırdılar. Anama görə Hindistana gedə bilmədim. Telefilmin direktoru Nazim Abbas var idi, Hindistandan və digər yerlərdən rejissorlar dəvət etmişdi. Dəhlizdən keçəndə məni gördülər, dedilər, hindistanlıdır? Dedim, yox. Məni 5 illik müqavilə ilə ora aparmaq istəyirdilər. Anam eşitdi, gözünün yaşını tökdü. Eləcə getmədim".