Siyasət / Hadisə / Dünya
20:53 / 25.05.2022
20

Corc Buşa sui-qəsdin qarşısı alındı

ABŞ-ın Federal Təhqiqatlar Bürosu keçmiş Prezident Corc Buşa qarşı törədiləcək sui-qəsdin qarşısını alıb.

"Qafqazinfo" xəbər verir ki, bu haqda "Forbes" məlumat yayıb.

Bildirilib ki, İŞİD-lə əlaqəli İraq sakini olan şübhəli şəxs 2021-ci ildən sui-qəsd planlaşdırırmış. O, bunun üçün bir qrup həmyerlisini də ABŞ-a aparacaqmış.

Qeyd olunub ki, FTB şübhəlinin votsap mesajlarını izləyərək, bütün planlarını üzə çıxarıb.

Planını həyata keçirmək üçün həmin şəxs Texasa gedib və Buşun yaşadığı evin şəklini çəkib.

Şübhəlilərdən biri eks-prezidenti öldürmək qərarından danışıb:

"O, çox sayda iraqlının öldürülməsi və 2003-cü ildə ABŞ-ın hərbi müdaxiləsindən sonra ölkənin parçalanmasına görə məsuliyyət daşıyırdı".