Siyasət / Dünya
23:12 / 12.06.2022
43

Avropalı deputat: "Qərb Ukraynaya nüvə başlıqları verə bilər"

Avropalı deputat: "Qərb Ukraynaya nüvə başlıqları verə bilər"


Polşanın keçmiş xarici işlər naziri, hazırda isə Avropa Parlamentinin üzvü olan Radoslav Sikorski bildirib ki, Qərb hökumətləri ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün Kiyevi nüvə silahı ilə təmin etməlidir.

"Rusiya Budapeşt Memorandumunu pozduğuna görə, mən hesab edirəm ki, Qərb müstəqilliyini qoruya bilməsi üçün Ukraynaya nüvə başlıqları verə bilər", – deyə o, "Espresso" telekanalının efirində vurğulayıb.

Sikorski Avropanın Ukraynanın təhlükəsizlik təminatının pozulmasına heç bir reaksiya vermədiyini və itkiləri kompensasiya etmək üçün heç bir iş görmədiyini bildirib.