İqtisadiyyat / Dünya
14:58 / 24.05.2022
19

Türkiyədə dollar son altı ayda ən yüksək səviyyəyə qalxdı

Türkiyədə ABŞ dolları son altı ayın ən yüksək səviyyəsinə çatıb.

Səhər saatlarında məzənnə bir ABŞ dolları üçün 16,04, avro - 17,20, funt-sterlinq - 20,20 lirə olub.

Dolların bahalaşmasına paralel olaraq qızılın bir qramının qiyməti 955 lirə səviyyəsinə yüksəlib.

Türkiyədə ötən ilin dekabr ayında bir ABŞ dolları 18 lirədən 10 lirəyə düşmüşdü