İdman
21:38 / 15.06.2022
12

Minifutbol üzrə növbəti Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Minifutbol üzrə növbəti Avropa çempionatı Azərbaycanda keçirilə bilər


Regiontv.az "Report"a istinadla xəbər verir ki, bu barədə milli komandanın baş məşqçisi Elşad Quliyev açıqlama verib.

O bildirib ki, artıq bu məsələ ilə bağlı rəsmi müraciət olunub: "Hələ Avropa çempionatından öncə təklifimizi irəli sürmüşük. Növbəti turniri Azərbaycana salmaq fikirləri var idi. Amma yeganə namizəd bizim ölkə deyil".

Mütəxəssisin sözlərinə görə, 2024-cü il Avropa çempionatı Bakıda təşkil edilsə, yaxşı olar: "Azarkeşlərimiz orada necə səviyyəli futbolçuların çıxış etdiyini görərdi. Biz verilsə, sevinərdim. Çox möhtəşəm turnirdir".