Hadisə
10:00 / 19.06.2022
12

Hacıqabulda yol qəzasında 6 nəfər xəsarət alıb

Hacıqabulda yol qəzasında 6 nəfər xəsarət alıb


Hacıqabulda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil "KİA" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Beyləqan rayon sakini, 1961-ci il təvəllüdlü Əliyeva Qətibə Həmd qızı, Ağcabədi rayon sakinləri, 1995-ci il təvəllüdlü Musayeva Günel Təşkilat qızı, onun oğlu, 2021-ci il təvəllüdlü Musayev Nurlan Şamil oğlu və daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.