Gündəm / Siyasət / Dünya
13:14 / 2.06.2022
40

Çin İlon Maskın peyk şəbəkəsini bir zərbə ilə məhv etmək istəyir

İlon Maskın "Starlink" peyk şəbəkəsi bir anda bütünlüklə məhv edilməlidir.

Belə nəticələr Pekin Kommunikasiya Texnologiyaları İnstitutunun mayın sonunda dərc edilmiş hesabatında yer alıb.

Sənəddə Çinin milli təhlükəsizliyinə təhlükə yaranarsa, bütün şəbəkənin sıradan çıxmasına zəmanət verə bilən texnologiyanın hazırlanmasının zəruriliyi vurğulanıb.

"Starlink"lə mübarizənin yollarından biri kimi aşağı orbitdə İlon Maskın hər bir peykini izləyəcək və lazımi anda onları sinxron şəkildə sıradan çıxaracaq milli peyk şəbəkəsini yaratmaq təklif olunub.