Gündəm / Cəmiyyət
15:26 / 31.05.2022
48

"Tosu Zəngilanlı" kimi tanınan Əbülfət haqqında BİLMƏDİKLƏRİNİZ

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə "Tosu Zəngilanlı" kimi tanınan Əbülfət Abbasov vəfat edib.

Yaxınlarının Sonxeber.az-a verdiyi məlumata görə, həkim ona ürəyindəki narahatlıqla bağlı arıqlamalı olduğunu bildirib.

Belə ki, piy qatları onun ürəyinin qidalanmasına, eyni zamanda ağciyərlərinin fəaliyyətinə mane olurdu. Əqli qüsurlu olduğu bildirilən "Tosu" ona "müalicə al, arıqla" deyənlərə "mən onsuz da ölüb diriləcəyəm" deyə cavab verirdi.

Saytımızın əldə etdiyi məlumata görə, gecə saatlarında dünyasını dəyişən "Tosu Zəngilanlı" qardaşı ilə birgə yetim böyüyüb. Onların anası uşaq ikən vəfat edib, ataları isə ailəsini tərk edib.

Əbülfətin ürək tutmasından öldüyü bildirilir.