Gündəm / İqtisadiyyat / Hadisə / Dünya
13:19 / 31.05.2022
21

Gecənin xəbəri:

AB liderləri Rusiya neftindən mərhələli imtina barədə razılığa gəldi. Qərara görə Rusiyadan dəniz yolu ilə alınan neftdən imtina olunacaq, boru xətti ilə idxal isə davam edəcək. (dənizə çıxışı olmayan Macarıstan, Çexiya və Slovakiya nefti boru kəməri ilə alır.)

Dəniz vasitəsilə idxal olunan neft AB-nin Rusiyadan aldığı neftin üçdə ikisindən çoxunu təşkil edir. İlin sonuna qədər ümumilikdə Rusiyadan satın alınan neftin 90 %-dən imtina olunacaq.

6-cı sanksiya paketi çərçivəsində Rusiyanın ən böyük bankı "Sberbank" SWİFT sistemindən təcrid edilib.

💰 Bundan başqa, AB Ukraynaya 9 milyard avro yardım ayırıb.