Gündəm / İqtisadiyyat / Sosial / Video
22:34 / 29.05.2022
18

Lombarddan pul götürənlərin DİQQƏTİNƏ! - Yeni qanuna görə... - VİDEO

Lombardlarla bağlı yeni qanunvericilik bazası yaradılır. Yeniliklərin əsas məqsədi faizlərin aşağı salınması və lombardalardan kredit götürən şəxslərin hüquqlarının təmin edilməsidir. Millət vəkili Vüqar Bayramov bununla bağlı təfərrüatları xəzər xəbərə açıqlayıb.

Həm faizlər yüksəkdir, həm də qoyulan girovları geri almaqda vətəndaşlar problemlər yaşayırlar. Söhbət lombardlardan gedir.

Millət vəkili Vüqar Bayramov bildirir ki, məhz bu problemlərə görə lombardlarla bağlı qanunvericilik bazasının təsis edilməsinə böyük ehtiyac var. Lombard faizlərinin xeyli yüksək olması vətəndaşları asılı hala salır və borcların geri qaytarılmasını mümkünsüz hala gətirir.

Vüqar Bayramov bildirib ki, bu fəaliyyətin qanunvericilik baxımından təkminləşdirilməsi vətəndaşların hüquqlarının qorunması baxımdan vacibdir. Çünki, əksər hallarda girovların geri qaytarılması ilə bağlı ciddi narazılıqlar var.

Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi həm də lombardlar üzərində dövlət nəzarətinin sistemləşdirilməsinə imkan verəcək. Əgər lombard qanunlar çərçivəsində normal qaydada işləsə bu onlara olan etimadı da artıracaq və gələcəkdə lombardlar vətəndaşlar üçün daha əlçatan olacaq.