Gündəm / Foto / Mədəniyyət
21:51 / 20.06.2022
110

Bərdə rayon Şirvanlı kəndində kənd sakinlərinə mədəni xidmət göstərilib



Bərdə rayon Şirvanlı kəndində kənd sakinlərinə mədəni xidmət göstərilib
Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı olan Şirvanlı kənd folklor evinin təşkilatçılığı ilə Şirvanlı hamamında əhalinin mədəni istirahətini təmin etmək məqsədilə tədbir təşkil edilib.
Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Şirvanlı kənd folklor klubunun, Uğurbəyli, Bala Qacar kənd klublarının və Şirvanlı, Uğurbəyli, Dəymədağıldı, Əliyanlı kənd kitabxanalarının əməkdaşları iştirak edib.
Əvvəlcə regional idarənin rəisi Şirvanlı hamamı ilə yaxından tanış olmuş, ona hamamın tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova bildirib ki, əhalinin mədəni istirahətinin təmin olunması məqsədi ilə keçirilən bu cür tədbirlərin təşkil olunması təqdirəlayiqdir. Mədəni səviyyənin yüksəldilməsi, əhalinin asudə vaxtının təmin olunması məqsədilə belə tədbirlərin davamlı təşkil olunması nəzərdə tutulmuşdur.
Tədbirdə qədim əşyalar, əl işləri, kitab sərgisi təşkil edilmiş, Şirvanlı kənd folklor evinin Dram dərnəyinin üzvlərinin hazırladığı “Qaravəlli” tamaşası nümayiş olunub.
Tədbir konsert proqramı ilə davam edib.