Gündəm / Dünya
00:59 / 20.06.2022
12

Klintondan yadplanetlilərlə bağlı ŞOK ETİRAF

Klintondan yadplanetlilərlə bağlı ŞOK ETİRAF


ABŞ-ın keçmiş prezidenti Bill Klinton 51-ci bölgəyə yadplanetlilərin olub-olmamasını öyrənmək üçün federal agentlər göndərdiyini etiraf edib.

Regiontv.az "TRT Haber"ə istinadla xəbər verir ki, o, bu barədə CBS telekanalında yayımlanan tok-şouda yadplanetlilər və 51-ci bölgə haqqında sualları cavablandırıb.

Klinton prezidentliyi dövründə yadplanetlilərlə bağlı həqiqəti üzə çıxarmaq üçün hər cür cəhd etdiklərini bildirib.

"Ancaq bildiyimə görə, yadplanetlilər yoxdur", - ABŞ-ın keçmiş lideri əlavə edib.