Gündəm
10:02 / 19.06.2022
36

Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi intensiv atəşə tutub

Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi intensiv atəşə tutub


İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə Regiontv.az-a Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.