Gündəm
21:09 / 17.06.2022
37

Qlobal Bakı Forumu dünyanın əsas beyin mərkəzlərinin birinə çevrilib

Qlobal Bakı Forumu dünyanın əsas beyin mərkəzlərinin birinə çevrilib


İyun ayının 16-da Bakı şəhərində növbəti beynəlxalq tədbir olan IX Qlobal Bakı Forumu keçirilib. Forum ölkə Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Forumda ölkə başçısı geniş və əhatəli proqram xarakterli çıxış etdi. İlk növbədə cənab Prezident vurğuladı ki, təhlükəsizlik bir nömrəli məsələyə çevrilib. Çünki dünyamız dəyişir və yeni reallıqlar formalaşıb. Cənab Prezidentin çıxışında ərzaq təhlükəsizliyi, ərzaq böhranı ilə bağlı məsələlər ön plana çəkildi və xüsusi vurğuladı ki, Rusiya-Ukrayna müharibəsi fonunda ərzaq böhranı çox vacib məsələyə çevrilib. Belə olan təqdirdə böyük dövlətlər bu məsələnin həlli ilə bağlı olduqca operativ addımlar atmalıdırlar və bu artıq qaçılmaz reallıqdır.
Prezident İlham Əliyev eyni zamanda enerji təhlükəsizliyi məsələlərinə də toxundu və qeyd etdi ki, hansı ölkələr ki, neftin, qazın qiymətinin qalxmasına sevinirlərsə yanlış yanaşmadır. Çünki bu istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərliyin yaranmasına gətirib çıxarır. Bizə sabit təhlükəsiz bazar lazımdır.
Bu gün Azərbaycan sülh müqaviləsi imzalamağa hazırdır. Azərbaycan bu haqda öz mövqeyini bildirib və qalib dövlət olaraq çox sürətlə regiona sülhün bərqarar olmasını, regionda dayanıqlı, davamlı təhlükəsizlik mühitinin formalaşmasını istəyir. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün artıq komissiya yaradıb. Amma təəssüf ki, Ermənistan tərəfdən bu addım atılmır.
Eyni zamanda qeyd edilib ki, artıq sərhədlərin delmitasiyası ilə bağlı hər iki ölkənin komissiyaları formalaşıb. Ermənistanın siyasi rəhbərliyi Azərbaycanın irəli sürdüyü beş baza prinsipini qəbul edib. Paralel şəkildə də yenə də qondarma Dağlıq Qarabağ statusu ilə bağlı məsələləri ortaya atırlar. Bu regionda yenidən qarşıdurmanın yaranmasına gətirib çıxara bilər.
Həmçinin ölkə başçısı çıxışında enerji təhlükəsizliyi ilə bağlı məsələləri də diqqət mərkəzində saxladı və qeyd olundu ki, Azərbaycan bu gün Avropa enerji təhlükəsində çox mühüm aktordur. Rusiya-Ukrayna müharibəsi fonunda enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti son dərəcə artıb və artıq Avropa ölkələri Azərbaycanla bu sahədə əməkdaşlığı daha da dərinləşdirmək, Azərbaycanın təchizatçı ölkə olaraq öz qaz tədarükünün daha da artırılmasını istəyirlər.
Eyni zamanda bərpa olan enerji mənbələri məsələsi də çox böyük əhəmiyyət kəsb edir və vurğulandı ki, il yarımdan sonra Azərbaycan 700 meqavatlıq günəş və külək enerjisi istehsal edəcək. Həm də Xəzər dənizinin çox böyük potensialı var. Bu da 150 gb-dan ibarətdir.
Qlobal Bakı Forumu dünyanın əsas beyin və düşüncə mərkəzlərinin birinə çevrilib. Dünyada təhlükəsizliyin təminatı prosesinin ideoloji əsaslarının yaradılmasında bu forumun əhəmiyyəti daha da artmaqdadır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü