Gündəm / Dünya
19:21 / 15.06.2022
8

"WhatsApp" yeni funksiyalarını ELAN ETDİ

"WhatsApp" yeni funksiyalarını ELAN ETDİ


Dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp" bir neçə yeni funksiyalar üzərində işləyir.

Regiontv.az yeni funksiyaları təqdim edir:

Nəhayət, "WhatsApp"dan mesajların redaktə funksiyası gəlir. Şirkətin rəqibi "Telegram"da tez-tez istifadə edilən bu xüsusiyyətin BETA testləri başlayıb.

Yenilənməyə görə göndərilən mesajlar qısa müddətə dəyişdirilə bilər. Beləliklə, eyni mesajı yenidən göndərməyə ehtiyac qalmayacaq.

Mesajların redaktə funksiyası hazırda "Android"lərdə sınaqdan keçirilir. Lakin yaxın vaxtlarda iOS və masaüstü versiyalarında testlərin başlayacağı gözlənilir.

Qruplardan səssiz çıxmaq

"WhatsApp"da qruplar həyatları xilas etsə də, çox vaxt insanları arzuolunmaz söhbətlərə məruz qoyur. Qrupdan çıxmaq istəyəndə hamı bunu görür.

"WhatsApp"ın inkişaf etdirdiyi yeni funksiya ilə yalnız idarəçilərə qrupdan ayrıldıqlarını görməyə imkan verəcək. Admin olmayanlar isə sizin qrupdan ayrıldığınızı fərq etməyəcəklər.

Səsli zənglərdə iştirakçıların sayı

"WhatsApp" icmalarda yeniləmələrini ardıcıl olaraq yayır. Şirkətin son addımı qrup zənglərində iştirakçıların sayını artırmaq olub.

Artıq 32 nəfər "WhatsApp"da qrup zənglərinə qoşula bilər.

Stiker təklifi

Tətbiqə gələn digər bir xüsusiyyət isə istifadəçilərin mesajlaşarkən söhbətin mətninə uyğun stiker təklifləri ala bilməsi idi. Belə ki, insanlar söhbətləri zamanı tövsiyə olunan stikeri seçməklə daha sürətli yaza biləcəklər.

Yönləndirilmiş mesajlarda sürətli oynatma

Həm müntəzəm, həm də yönləndirilmiş səsli mesajlar indi 1,5 və ya 2 dəfə daha sürətli oxuna bilər.