Gündəm / Dünya / Səhiyyə
18:22 / 15.06.2022
43

Gürcüstanda meymunçiçəyinə ilk yoluxma halı təsdiqləndi

Gürcüstanda meymunçiçəyinə ilk yoluxma halı təsdiqləndi


Gürcüstanda meymunçiçəyi xəstəliyinə ilk yoluxma faktı laboratoriyada təsdiqlənib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi xəbər yayıb:

"Xəstədə virusun yüngül forması var idi və müvafiq müalicədən sonra o, tezliklə tibb müəssisəsindən evə buraxılıb".

Xəstəlik həmin şəxsdə Avropadan qayıtdıqdan sonra aşkarlanıb. Mütəxəssislər xəstənin təmasda olduğu hər kəsə nəzarət ediblər, lakin heç bir halda klinik əlamətlər aşkar edilməyib.

ÜST-ün məlumatına görə, indiyədək 39 ölkədə 1600-dən çox təsdiqlənmiş meymunçiçəyi və 1500-ə yaxın şübhəli hal qeydə alınıb.