Gündəm / Cəmiyyət / Mədəniyyət
16:32 / 15.06.2022
12

"Müasir Azərbaycan tibb tarixində Heydər Əliyev faktoru" adlı panel diskussiyası keçirilib

"Müasir Azərbaycan tibb tarixində Heydər Əliyev faktoru" adlı panel diskussiyası keçirilib


Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı Rayon Təşkilatının və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı ilə "Müasir Azərbaycan tibb tarixində Heydər Əliyev faktoru" adlı panel diskussiyası keçirilib.

"Report" xəbər verir ki, diskussiyada TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə rəhbəri, t.e.d. professor Əliniyaz Məmmədov, TƏBİB-in və tabeli tibb müəssisələrinin struktur bölmə rəhbərləri və əməkdaşları iştirak edib.

İlk olaraq Heydər Əliyevin Suraxanı rayonunda yerləşən büstü önünə gül dəstələri düzülüb.

Tədbirin açılış mərasimində Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və Milli Məclisin deputatı Etibar Əliyev çıxış edib.

Natiqlər bildirib ki, müstəqil Azərbaycan tibb tarixinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.

Qeyd edilib ki, Heydər Əliyevin 1993-cü ilin iyunun 15-də yenidən ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan səhiyyəsinin, həmçinin Azərbaycan tibb elmi və tibb təhsili sisteminin inkişafının yeni mərhələsi başlanıb.

Ulu öndərin hər zaman tibb işçilərinə böyük qayğı göstərdiyi, rəhbərliyi dövründə müasir səhiyyə ocaqlarının istifadəyə verildiyi, nəinki paytaxt Bakıda, ən ucqar regionlarda, kəndlərdə belə tibbi xidmətlərə əlçatanlılığın təmin edildiyi bildirilib.

Panel diskussiyanın II hissəsində TƏBİB-in Strategiya və layihələrin icrasına nəzarət şöbəsinin müdiri Emil İskəndərovun müəllifi olduğu "Orqan Transplantasiyası" kitabının təqdimatı olub. Kitabda ilk səviyyə tibbi yardım mütəxəssisləri tərəfindən transplantasiyaya ehtiyacı olan xəstələrin erkən aşkar edilməsi, müvafiq müayinələrin aparılması və diaqnozunun dəqiqləşdirilməsi, həmin xəstələrin ixtisaslaşdırılmış mərkəzlərdə çalışan mütəxəsislərə yönləndirmə qaydaları öz əksini tapıb. Kitabın əsas missiyası daxili orqanların transplantasiyasına dair vacib və xüsusi əhəmiyyət kəsb edən məlumatların oxucuya çatdırılmasından ibarətdir.

Eyni zamanda, tibbi xidmətin təşkilində səmərəli fəaliyyətinə və Suraxanı rayonunun ictimai həyatında fəal iştirakına görə "17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü" münasibətilə rayonda fəaliyyət göstərən tibb müəssisələrində çalışan bir qrup tibb işçisi təltif edilib.

Suraxanı Tibb Mərkəzinin direktor müavini Rübabə Yaqubova və 13 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Vidadi Bayramov tibb işçilərinin adından çıxış edərək yaradılmış şəraitə görə ölkə başçısı İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

"Müasir Azərbaycan tibb tarixində Heydər Əliyev faktoru" adlı panel diskussiyası keçirilib"Müasir Azərbaycan tibb tarixində Heydər Əliyev faktoru" adlı panel diskussiyası keçirilib"Müasir Azərbaycan tibb tarixində Heydər Əliyev faktoru" adlı panel diskussiyası keçirilib"Müasir Azərbaycan tibb tarixində Heydər Əliyev faktoru" adlı panel diskussiyası keçirilib"Müasir Azərbaycan tibb tarixində Heydər Əliyev faktoru" adlı panel diskussiyası keçirilib"Müasir Azərbaycan tibb tarixində Heydər Əliyev faktoru" adlı panel diskussiyası keçirilib"Müasir Azərbaycan tibb tarixində Heydər Əliyev faktoru" adlı panel diskussiyası keçirilib"Müasir Azərbaycan tibb tarixində Heydər Əliyev faktoru" adlı panel diskussiyası keçirilib"Müasir Azərbaycan tibb tarixində Heydər Əliyev faktoru" adlı panel diskussiyası keçirilib"Müasir Azərbaycan tibb tarixində Heydər Əliyev faktoru" adlı panel diskussiyası keçirilib