Gündəm / Mədəniyyət
12:36 / 15.06.2022
33

Nərimanov rayonunda "Qurtuluşdan Zəfərə" adlı möhtəşəm konsert

Nərimanov rayonunda "Qurtuluşdan Zəfərə" adlı möhtəşəm konsert


Nərimanov rayonunda 15 İyun – Milli Qurtuluş Günü təntənəli şəkildə qeyd edilib. Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən "Qurtuluşdan Zəfərə" adlı bayram konsertində Azərbaycan Respublikasının Qurtuluşdan Qarabağ zəfərinə doğru şərəfli bir yol keçdiyi bildirilib. Tədbirdə Milli Qurtuluş Günün əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin dövlətimiz qarşısındakı böyük xidmətlərindən və Möhtərəm Prezident cənab İlham Əliyevindahi rəhbərliyi, böyük cəsarəti və əzmkarlığı sayəsində əldə olunan tarixi zəfərdən danışılıb.
Populyar və sevilən incəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsert tədbiri rayon sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb. Bayram konserti möhtəşəm atəşfəşanlıqla başa çatıb.