Gündəm / Foto
12:53 / 25.05.2022
18

May ayında Qubaya qar yağdı

Quba rayonunun Qrız kəndinə qar yağıb.

"Qafqazinfo"nun məlumatına görə, ötən gündən bəri yağan qar ətrafı ağ örpəyə bürüyüb.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı ilə bağlı məlumat yaymışdı. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.