Gündəm / Cəmiyyət
16:41 / 13.06.2022
39

Bərdənin yeni rəisi küçədə olan maşınları niyə şöbədə saxlatdırır? - AÇIQLAMA

Bərdənin yeni rəisi küçədə olan maşınları niyə şöbədə saxlatdırır? - AÇIQLAMA


Bərdə Rayon Polis Şöbəsinin yeni rəisi rayon ərazisində küçədə olan maşınları şöbəyə yığdırıb.

Bu barədə iddialar sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, polis polkovniki Ənvər Həsənovun tapşırığı ilə heç bir səbəb göstərilmədən avtomobillər şöbədə saxlanılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən tədbirlərlə müxtəlif qayda pozuntuları aşkar edilmiş avtomobillər saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib:

"Pozuntuya yol vermiş avtomobillərin sürücüləri barədə qanunla nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər yerinə yetirilib. Bu istiqamətdə tədbirlər davam etdirilir".