"Formula-2" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli oldu

Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.
29 dövrənin yekununda "Prema Racing"dən Denis Hauqer bütün rəqiblərini qabaqlayıb.
"Carlin"dən Loqan Serjant ikinci, "MP Motorsport"dan Felipe Druqoviç üçüncü yeri tutub.
Ümumilikdə altı pilot yarışı sonadək davam etdirə bilməyib.