Gündəm / Səhiyyə
12:38 / 12.06.2022
36

Bu qan qrupu ürək xəstəliklərindən daha çox əziyyət çəkir

Bu qan qrupu ürək xəstəliklərindən daha çox əziyyət çəkir


Ürək xəstəliyi riski insanın qan qrupu ilə bağlı ola bilər.

Bu barədə Harvard İctimai Səhiyyə Məktəbinin alimləri danışıb. Alimlərin "Daily Express"də yayımlanan açıqlamasında bildirilib ki, genişmiqyaslı araşdırma zamanı ekspertlər 20 il ərzində izlənilən 89 550 könüllünün məlumatlarını araşdırıblar. Məlum olub ki, II, III, IV qan qruplarından olan insanların I qrupun daşıyıcıları ilə müqayisədə ürək-damar xəstəliklərinə tutulma riski daha yüksəkdir.

Bundan əlavə, IV qan qrupunun eksperiment iştirakçılarında ürək-damar xəstəliklərinin inkişaf riskinin də yüksək olduğu müəyyənləşdirilib.

Beləliklə, IV qrup olan insanların ürək xəstəliyinə tutulma ehtimalı 23% daha çoxdur. Eyni zamanda, III qrupun daşıyıcıları üçün bu göstərici yarıya qədər - 11%, II qrupun nümayəndələri üçün isə cəmi 5% təşkil edir.