Gündəm / Siyasət / Dünya
19:37 / 11.06.2022
45

Zelenski: "Ukrayna NATO üzvü olsaydı belə, yenə də "müstəqillik uğrunda döyüş" olardı"

Zelenski: "Ukrayna NATO üzvü olsaydı belə, yenə də "müstəqillik uğrunda döyüş" olardı"


"Ukrayna NATO-nun üzvü olsaydı belə, yenə də "Ukraynanın müstəqilliyi uğrunda döyüş" baş verərdi, lakin bu, başqa mənzərədə olardı".

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın aparıcı universitetlərinin tələbə icması ilə söhbəti zamanı deyib.

Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı müraciətləri və Ukraynadan fərqli olaraq bu müraciətlərin tez bir zamanda cavab almasına dair suala cavabında Zelenski Finlandiya və İsveç üçün çox sevindiyini bildirib.

"Düşünürəm ki, bu, çox düzgün seçimdir. Təəssüf ki, bu seçim Ukraynada müharibənin başlamasına görə oldu. Amma hesab edirəm ki, müharibə bu kimi çox hörmətli ölkələrin, onların liderlərinin və ən əsası da onların cəmiyyətinin belə qərarlar almasına səbəb oldu", - deyə Zelenski qeyd edib.

"Ukrayna bunu (NATO-ya daxil olmaq. - red.) işğaldan əvvəl istəyirdi. Ukrayna bunu hələ 2014-cü ildə müharibə başlamazdan əvvəl istəyirdi... Mən nə hiss edirəm? Sizə yalnız bir şeyi deyə bilərəm: "bu və ya digər uğursuz addımlara görə bu addımları atanlar nəsə hiss etməlidirlər. Mən hiss edirəm ki, müəyyən qurumların vaxtında verdiyi düzgün qərarları tariximizin bu qanlı hissəsində müharibə nəticəsində həlak olan çox sayda insanın sağ qalmasına səbəb ola bilərdi", - deyə Zelenski vurğulayıb.

Onun fikrincə, Ukrayna Alyansın üzvü olsaydı belə, yenə də onun müstəqilliyi uğrunda döyüş gedərdi.

"Ukrayna NATO-nun üzvü olsaydı belə, yenə də "Ukraynanın müstəqilliyi uğrunda döyüş" baş verərdi. Ancaq mənzərə başqa cür olardı. Mən belə düşünürəm. Bu qədər itkilər olmazdı, Rusiya tərəfindən hansısa kiçik hərbi münaqişə və ya təxribatlar, onların fikir ayrılığı və s. olardı, ancaq hesab edirəm ki, biz daha çox insanın həyatını xilas edə bilərdik", - deyə dövlət rəhbəri qeyd edib.