Nəriman Abbasovdan möhtəşəm qələbə - VİDEO

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Rusiyanın paytaxtı Moskvadakı "AMC Fight Nights"da yerli idmançı Marif Pirayevlə üz-üzə gəlib.
BAKU.WS-in məlumatına görə, təmsilçimiz döyüşü uğurla başa verub. 28 yaşlı Nəriman Abbasov özündən bir yaş kiçik rəqibinə heç bir şans verməyib.
5 raund nəzərdə tutulmuş döyüşün cəmi 2 raundu keçirilib. Xüsusilə ikinci raundda təmsilçimiz rəqibinə ağır zərbələr endirərək onu sarsıdıb. Nəticədə Marif Pirayevin komandası oktaqona dəsmal ataraq yetirmələrinin 3-cü raunda çıxmasından imtina ediblər.
Nəriman qələbə sayəsində çempionluq kəmərini qoruyub. Bununla da Abbasov MMA karyerası ərzində 28-ci qələbəsini rəsmiləşdirib.