Gündəm / Dünya
14:20 / 10.06.2022
33

Müsəlman ölkələrinin Hindistana qarşı etirazları davam edir

Müsəlman ölkələrinin Hindistana qarşı etirazları davam edir


Hindistan hakim partiya rəsmilərinin Məhəmməd peyğəmbər haqqında söylədikləri alçaldıcı şərhlərdən sonra müsəlman dünyasında qəzəb getdikcə artır. İndi isə rəsmilər diplomatik böhranı cilovlamağa çalışırlar.

Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Oman və İraq "islamofobiya" olaraq xarakterizə edilən açıqlamaları pisləyən azı 15 müsəlman ölkə arasındadır, bir neçə ölkə isə Hindistan səfirlərini iclasa çağırıb.

Hadisə Pakistanda etirazlara səbəb olub və regionun hər yerindən Hindistan mallarına boykot çağırışı edilib.

Hindistanın Hindu millətçi hakimi Bharatiya Janata Partiyası (BJP) bu işə qarışan iki məmuru cəzalandırıb.

Xatırladaq ki, may ayının 26-da "Şarma Hindistan" xəbər kanalının televiziya debatında Məhəmməd peyğəmbər haqqında geniş şəkildə təhqiredici və islamofob şərhlər edilib. Mübahisənin mərkəzində isə Hindistanın Baş naziri Narendra Modinin partiyası olan BJP-nin sözçüsü Nupur Şarma dayanır.