Gündəm / Dünya
10:49 / 10.06.2022
38

Qondarma DXR məhkəməsi ruslara əsir düşən iki britaniyalı, eləcə də bir mərakeşli hərbçi barədə ölüm hökmü çıxarıb.



Qondarma DXR məhkəməsi ruslara əsir düşən iki britaniyalı, eləcə də bir mərakeşli hərbçi barədə ölüm hökmü çıxarıb. Rusiya mediası iddia edib ki, müttəhimlər “terrorçuluq fəaliyyətinin həyata keçirilməsi məqsədilə təlim keçdiklərini” etiraf ediblər.

Britaniya hakimiyyəti isə “DXR”i əsir götürülmüş britaniyalılarla “mərhəmətli davranmağa” çağırıb.

İngilis əsirlər Şon Pinner və Eyden Aslin Britaniya baş naziri Boris Consondan ukraynalı siyasətçi Viktor Medvedçukla dəyişdirilmələrini xahiş ediblər. Sonuncu hazırda hazırda dövlətə xəyanətdə şübhəli bilinərək Ukraynada həbsdədir.