Gündəm / Cəmiyyət
19:56 / 8.06.2022
41

Bakıdakı pulsuz çimərliklər – SİYAHI

Bakıdakı pulsuz çimərliklər – SİYAHI


Yayın ilk günləri olmasına baxmayaraq paytaxtdakı çimərliklərdə mövsümə hazırlıqlarına yekun vurulub. Yay deyəndə ağıla gələn ilk məkan dənizdir. İnsanları isə daha çox ödənişsiz çimərliklər maraqlandırır.

Bəs, Bakıda pulsuz çimərliklər hansılardır?

Onların siyahısını təqdim edirik:

İlk olaraq belə çimərlik Səbail rayonunda, "Şıx" çimərlik ərazisində, daha sonra isə Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində təşkil edilmişdir.

Ümumilikdə 6 yerdə fəaliyyət göstərən bu çimərliklər şəhər sakinlərinin Leyla Əliyevaya müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb.

Burada yaradılan şərait və ən başlıcası isə pulsuz xidmət göstərilməsi Bakı sakinləri və şəhərimizin qonaqlarının böyük rəğbətini qazanıb.

Bu ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərir.

Sizinlə həmçinin qeyd etdiyimiz çimərliklərə hansı avtobus marşrutlarının getdiyini təqdim edirik:

№107 - "Koroğlu" stansiyasından Buzovna kəndində yerləşən çimərliyə;

№108 А - Goradil çimərliyinə;

№173, №179 - Pirşağı çimərliyinə;

№ 141 - Sahil çimərliyi;

№ 237 - "Şıx" çimərliyi;

№ 198 - Novxanı çimərliyi;