Gündəm / Dünya
19:49 / 8.06.2022
15

Merkel əllərində əsmənin səbəbini açıqladı - "Az su içirəm"

Merkel əllərində əsmənin səbəbini açıqladı - "Az su içirəm"


Almaniyanın keçmiş kansleri Angela Merkel vəzifə müddətinin bitməsinə az qalmış iştirak etdiyi rəsmi tədbirlərdə səhhətində yaranan nasazlıqla - əsməcələri ilə bağlı açıqlama verib.

"Haber Global"ın məlumatına görə, politoloq bu barədə "Berliner Ensemble" dram teatrının zalında jurnalistin sualını cavablandırarkən danışıb.

Onun sözlərinə görə, bu sarsıntıların bir səbəbi anasının ölümündən sonra çox təsirlənməsi və yorğunluğu olub. Merkel əsməcəsinin digər səbəbinin isə çox az miqdarda su içməsi ilə əlaqədar olduğunu bildirib.

Merkel belə hallardan qorxduğu üçün yanına daim stul qoyulduğunu əlavə edib.

Xatırladaq ki, keçmiş kansler ilk dəfə 2019-cu ilin iyununda Ukrayna Prezidenti Volodimir Zelenskini qarşıladığı vaxt əsməcə keçirib. Sonradan bu vəziyyət iki dəfə də təkrarlanıb. Merkel daha sonra bu vəziyyətə qarşı tədbir məqsədilə mərasimlərdə dövlət himnlərini stulda oturaraq dinləyib.