Gündəm
15:16 / 24.05.2022
18

Ayaz Salayev sədr seçildi

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası nəzdində Ekspert Şurası yaradılıb.

Kinostudiyadan REGİONTV.AZ-a verilən məlumata görə, beş nəfərdən ibarət olan Şuraya sədrlik Əməkdar incəsənət xadimi Ayaz Salayevə tapşırılıb.

Şuranın üzvləri - aktrisa, Xalq artisti Mehriban Zəki, Əməkdar incəsənət xadimi Əli Əmirli, sənətşünas, kino redaktoru Nadir Bədəlov, dramaturq, ssenarist İsmayıl İmandır. Ekspert Şurasının məsul katibi Leyla Vəzirzadədir.

Şura üzvləri dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin, digər audiovizual əsərlərin istehsalı, eləcə də ssenari portfelinin formalaşdırılması üçün müsabiqələrin təşkilini həyata keçirəcək.