Gündəm / Siyasət / Dünya
21:33 / 5.06.2022
44

Üç ölkənin nümayəndələri KXDR-in raket buraxılışlarını müzakirə ediblər

Üç ölkənin nümayəndələri KXDR-in raket buraxılışlarını müzakirə ediblər


Yaponiya, ABŞ və Cənubi Koreya hökumətlərinin yüksək rütbəli nümayəndələri telefon danışıqları aparıblar, onlar Koreya Xalq Demokratik Respublikası tərəfindən həyata keçirilən növbəti raket buraxılışlarını müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Tərəflər rəsmi Pxenyanın artan raket və nüvə fəaliyyətinin dünya ictimaiyyətinə açıq və ciddi çağırış olduğu qənaətindədirlər. Onlar həmçinin üç ölkənin KXDR-in tam nüvəsizləşdirilməsinə nail olmaq üçün sıx əməkdaşlıq etmək niyyətini təsdiqləyiblər.

Danışıqlarda iştirak edənlərin adları barədə məlumat verilmir.

Qeyd edək ki, Şimali Koreya Yapon dənizinə səkkiz qısa mənzilli ballistik raket atıb.