Gündəm / İdman
14:38 / 4.06.2022
42

Üç futbolçu Azərbaycan millisindən QOVULDU

Üç futbolçu Azərbaycan millisindən QOVULDU


Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Üç futbolçu - Xəyal Fərzullayev ("Sumqayıt"), Qurban Səfərov ("Şamaxı") və Elcan Əbilov ("Neftçi") heyətdən kənarlaşdırılıb. Onlar nizam-intizam qaydalarını pozduqlarına görə baş məşqçi Miloş Velebitin qərarı ilə yığmadan qovulublar.

Əvəzində "Qəbələ" klubunun üzvü - qapıçı Məmməd Muradov heyətə cəlb olunub.

Qeyd edək ki, U-19 iyunun 7-də və 10-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.