Gündəm / Hadisə
11:46 / 4.06.2022
43

Bu gecəyarı planetlərin paradı olacaq

Bu gecəyarı planetlərin paradı olacaq


Bu gecə səmada möhtəşəm mənzərəni qaçırmayın: Adi gözlə beş planeti yanaşı görmək mümkün olacaq

Regiontv.az xəbər verir ki, Merkuri, Venera, Mars, Yupiter və Saturn bir sıraya düzüləcək. Astronomik hadisə zamanı beş planet sağdan-sola Günəş sistemində yerləşdikləri ardıcıllıqla görünəcək. Bunu hətta adi gözlə müşahidə etmək mümkün olacaq.

"Planetlərin paradı" adlanan hadisəni xüsusən iyunun 3 və 4-də sübhdən yarım saat əvvəl müşahidə etmək tövsiyə olunur - bu dövrdə Merkuri ilə Saturn arasındakı məsafə minimal olacaq.

İyunun 24-də isə Venera ilə Mars arasında Ay müşahidə olunacaq.

Qeyd edək ki, planetlərin belə düzülüşü 2004-cü ildən bəri ilk dəfə müşahidə olunacaq.