Gündəm / Dünya
01:03 / 3.06.2022
43

Kraliçanın nəticəsinin bu görüntüləri gündəm oldu

Bu gün Londonda Böyük Britaniya Kraliçası II Elizabetin taxtda olmasının 70 illiyi şərəfinə təntənəli parad keçirilib.
Regiontv.az xarici mətbuata istinadən xəbər verir ki, 1500-dən çox hərbçi və 400 musiqiçinin iştirak etdiyi tədbiri şahzadə Lui ailəsi ilə birlikdə Bukingem sarayının eyvanından izləyib.

Maraqlı məqam isə paradın sonlarında yaşanıb. Belə ki, tədbirdə çox yorulan Lui çıxış yolunu şıltaqlıq etməkdə tapıb. Kembric hersoginyası Keyt Middlton oğlunu sakitləşdirməyə çalışsa da, şahzadənin reaksiyası obyektivlərə düşüb.

Qeyd edək ki, 4 yaşlı Luinin atası Britaniya şahzadəsi Uilyamdır. O, kraliça II Elizabetin nəticəsidir.

Kraliçanın nəticəsinin bu görüntüləri gündəm oldu