Gündəm / Siyasət / Dünya
21:20 / 2.06.2022
40

Dövlət sirlərini xaricə çatdırmaqda ittiham olunan aparıcıdan xəbər yoxdur

Dövlət sirlərini xaricə çatdırmaqda ittiham olunan aparıcıdan xəbər yoxdur


Çində saxlanılan avstraliyalı teleaparıcının həmkarı onun səhhətindən qorxduğunu bildirib.

Regiontv.az-ın məlumatına görə, Çinin dövlət yayımçısı "CGTN"nin keçmiş aparıcısı Çenq 2020-ci ilin avqust ayından həbsdədir.

Belə ki, iki uşaq anası olan Çenq dövlət sirlərini qeyri-qanuni olaraq xaricə çatdırmaqda ittiham olunur. Ona beş ilə qədər həbs cəzasının verilməsi nəzərdə tutulur.

Aparıcının həmkarı Koyl onunla görüşün mümkünsüzlüyündən danışaraq narahatlığını dilə gətirib:

"Mən bunu qəbuledilməz hesab edirəm. O, heç kimlə telefon danışığı apara bilməyib. Məhkəməyə hazırlaşmaq üçün vəkili ilə bəlkə də, cəmi üç dəfə görüşüb. Ailəsi ilə isə bir dəfə də olsun, telefonla danışa bilməyib".