Dünya / İdman
00:54 / 20.06.2022
9

Məşhur boksçunun ABŞ-a daxil olmasına icazə verilmədi

Məşhur boksçunun ABŞ-a daxil olmasına icazə verilmədi


Britaniyalı ağır çəkili boksçu Tayson Fyuri ABŞ-a buraxılmayıb.

İdmançının Amerikaya uçan təyyarəyə minməsinə icazə verilməyib.

Buna idmançının qadağan olunmuş maddələri yaymaqda şübhəli bilinən irlandiyalı kriminal lider Daniel Kinahanla əlaqəsi səbəb olub.

2022-ci ilin fevral ayında Fyury Dubaya səfər edib və Kinahan ilə şəklini yayıb. Boksçu bildirib ki, bu, onun özünün də cinayətkar olması demək deyil.

İrlandiyalıya gəlincə, o, özünü narkobaron deyil, iş adamı hesab edir və bütün ittihamları rədd edir.