Bu biletlə 1 ay bütün ölkəni gəzmək mümkün olacaq - FOTO
Almaniyada vətəndaşlar üçün sərfəli bilet satışına start verilib.
Sonxeber.az-ın məlumatına görə, biletlər 9 avroya (təxminən 16 manata) satışa çıxarılıb.
Bir aylıq istifadəsi nəzərdə tutulan bu biletlə özəl nəqliyyat və sürət qatarları istisna olmaqla, digər nəqliyyat vasitələri ilə bütün Almaniya üzrə hərəkət etmək mümkün olacaq.
Qeyd edək ki, bileti alarkən üzərinə şəxsin adı yazılmalıdır.
