Dünya / İdman
13:19 / 12.06.2022
42

Azərbaycan yığmasının üzvləri Avropa çempionatının ən yaxşıları seçilib

Azərbaycan yığmasının üzvləri Avropa çempionatının ən yaxşıları seçilib


Azərbaycanın mini-futbol üzrə milli komandasının iki üzvü Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında fərqlənib.

Bunlar Davud Kərimi və Bəxtiyar Soltanovdur.

Kərimi yarışın ən yaxşı qapıçısı, Soltanov isə ən yaxşı oyunçusu seçilib.

Hər iki fubolçuya xüsusi mükafat təqdim edilib.

Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu olub.